Şriftin ölçüsü :

Saytın rəngi :

Bəyimsarov kənd sakinlərinin qəbulda qaldırdığı problem öz müsbət həllini tapıb

28 mart 2025 | 10:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Bəyimsarov kəndində keçirilən səyyar qəbul görüşü zamanı kənd sakinləri  kollektiv müraciət edərək kəndin yollarının bərbad vəziyyətdə olması və yağışlı havalarda şagirdlərin məktəbə gedə bilməməsini bildirərək kəndin yollarının daşlanaraq hamarlanmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə rayon icra hakimiyyəti və Bəyimsarov bələdiyyəsi tərəfindən kəndin yollarına qum-çınqıl tökülərək xüsusi texnikalar vasitəsi ilə hamarlanmışdır.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər