Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüb

12 may 2022 | 12:35

Görüşdə regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, mədəniyyət sahəsinin təkmilləşdirilməsi ilə bağlı layihələrin icra olunması, rayon icra hakimiyyəti və beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Vəsilə Möhsümova rayon icra hakimiyyətində yaradılmış kitabxanaya baxıb mövcud şəraitlə tanış olub.

O, bildirib ki, rayonun mədəniyyət işçilərinin yüksək potensialı var, mədəniyyət müəssisələrində müxtəlif mövzularda bir neçə layihələr həyata keçirilib. Mədəniyyət işçiləri şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir. Bu ənənə mədəniyyət işçiləri tərəfindən müntəzəm davam etdiriləcək, mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

Keçidlər