“Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli, 998 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının aidiyyəti əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, Aqrar Xidmətlər Agentliyinin Tərtər Rayon Heyvan Sağlamığı və Baytarlıq Xidməti İdarəsinin əməkdaşları iştirak etmişdir.
Çıxış edənlər müvafiq Fərmanın ölkəmizdə baytarlıq xidmətlərinin kefiyyətinin artırılması, heyvan sağlamlığının qorunması, epizotik təhlükəsizliyin təmin olunması və bu sahədə idarəetmənin daha səmərəli təşkilinə yönəldiyi bildirilmiş, baytarlıq sahəsində aparılan islahatlar kənd təsərrüfatı məhsullarının kefiyyətinin yüksəldilməsinə, ixrac potensialının artmasına və əhalinin sağlam qida məhsulları ilə təminatına müsbət təsir göstərdiyi qeyd edilmiş və Fərmanın icrası çərçivəsində yerlərdə maarifləndirmə işlərinin gücləndirilməsi və fermerlərlə sıx əməkdaşlığın qurulmasının vacib olduğu bildirilmişdir.
Bundan əlavə tədbir iştirakçıları baytarlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bildirmiş və onların təklifləri nəzərə alınmışdır. Həmçinin rayon ərazisində baytarlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı baytarlıq subyektlərinə zəruri köməkliklərin göstərilməsi məqsədilə bu sahədə məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Tədbir qarşılıqlı diskussiya şəraitində keçirilmiş, iştirakçıların sualları cavablandırılmışdır.






