Bayandur kənd sakinlərinin müraciəti təmin edilib
21 noyabr 2025 | 16:24
Aqrar İslahat Komissiyasının qərarına əsasən Bayandur kəndi üçün ayrılmış qəbiristanlıq sahəsi Buruc bələdiyyəsi tərəfindən kənd sakinlərinin istifadəsinə verilmişdir. Qəbiristanlığın giriş qapısı hissəsində yerləşən su arxı üzərində keçidi təmin etmək məqsədilə bələdiyyə tərəfindən 5 metr uzunluğunda su borusu (durba) quraşdırılmışdır. Görülmüş tədbirlər nəticəsində qəbiristanlığın əsas yola çıxışında mövcud olan problem tam şəkildə aradan qaldırılmışdır.






