"Bakı-Xankəndi" Azərbaycan Beynəlxalq Velosiped yarışının iştirakçıları Tərtər rayonundan keçiblər
13 may 2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının iştirakçıları turnirin dördüncü mərhələsi çərçivəsində Tərtər rayonunun 23,5 kilometr ərazisindən keçiblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqviminə daxil edilmiş bu mötəbər yarışın dördüncü günü Gəncə-Suqovuşan-Naftalan marşrutu üzrə təşkil olunub. Ümumi məsafəsi 152,7 km olan bu mərhələdə idmançılar Tərtər rayonunun bir çox yaşayış məntəqələrindən keçərək mübarizəni davam etdiriblər.
Beynəlxalq idman yarışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış, marşrut boyunca Tərtər rayon sakinləri tərəfindən idmançılara yüksək əhval-ruhiyyə ilə dəstək göstərilib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı 5 mərhələdən ibarət “Bakı–Xankəndi” Azərbaycan Velosiped yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir.
Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq






