Az.tv-nin nümayəndələri Tərtər rayonunda ictimai dinləmə keçiriblər
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri cəmiyyətin nəzdində fəaliyyət göstərən telekanalların efir göstəricilərini müəyyən etmək, tamaşaçı rəylərini öyrənmək məqsədi ilə Tərtər rayonunda ictimaiyyət nümayəndələri ilə görüşə gəliblər.
Tədbirdən öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qapalı Səhmdar Cəmiyyətdə Analitik qrupun rəhbəri Faiq Hüsiyevi, “Mədəniyyət” kanalının direktor müavini Ramiz Hüseynovu, Proqram direktorunun müavini Bəxtiyar Qaracanı və Azərbaycan Radiosunun şöbə müdiri İlham Rəhimlini qəbul edib, görüş barədə fikir mübadiləsi aparılıb.
Qonaqlar rayon icra hakimiyyətinin kitabxanasında da olublar. Onlar Mərkəzi meydanda Vətən müharibəsi zamanı ermənilərin Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə atdıqları qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.
Sonra tərtərlilər ilə Rayon Mədəniyyət Mərkəzində içtimai dinləmə keçirilib.
Tədbirdə nümayəndələr tərəfindən Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən islahatlar, efirə çıxarılan yeni layihələr barədə sakinlərə ətraflı məlumat verilib.
Sonra tərtərlilər televiziya efirlərində və radio dalğalarında gedən verlişlər barədə öz fikirlərini bildirib, qonaqlarla fikir mübadiləsi edib, maraqlı təkliflərlə çıxış ediblər. Tərtərli şəhid Şirinli Nurlanın anası Esmira Şirinova, şəhid Xəyal Aslanovun atası Qüdrət Aslanov, qazilər Təhmuraz Muradov, Nurlan Məhərrəmli, Beyrək Quliyev, Vətən Müharibəsi veteranı Xəyyam Hüseyinli, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatında İçtimai –siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Svetlana Əzizova, ”Yeni Tərtər” qəzetinin əməkdaşı Elfuzə Vəliyeva, rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən İçtimai şuranın üzvü Orxan Mustafazadə və başqaları çıxış edərək 30 il respublika Prezidentinin dediyi kimi düşmənlə üz-üzə, göz-gözə yaşayıb, işləyib,qurub yaradan , düşmənə göz dağı olan ,düşmənə bir qarış da torpaq verməyən Qəhrəman Tərtərin hələ də yetərincə efirlərdə işiqlandırılmadığını,layiq olduqları səviyyədə televiziya tərəfindən bir sənədli film çəkilmədiyinin, Tərtərin tarixi şəxsiyyətlərinin, onun qəhrəman oğullarının tanıdılmadığını,efirlərdə şəhid ailələrinə, qazilərə ,veteranlara eyni səviyyədə diqqət göstərilmədiyini, bir şəhid ailəsi,yaxud qazi, veteran haqqında dönə-dönə veriliş, çəkiliş getdiyi halda bəzilərinin heç adı anılmadığı,şəhidlərin hamısının dogum və anım günləri qeyd olunmadığını bildiriblər. Şirkətin nümayəndələri tezliklə Tərtər rayonu haqqında bir klip təqdim edəcəklərini, yeni layihələrdə qeyd olunan təklifləri nəzərə alacaqlarını bildiriblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev də iştirak edib.