Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəristiliktəchizat” ASC-nin sədri Tərtər rayonunda Tərtər və Bərdə rayonlarından olan sakinlərin müraciətlərini dinləyib

22 iyul 2025 | 17:23

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin iyul ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Tərtər rayonunda Tərtər və Bərdə sakinlərini qəbul edib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra rayon İcra Hakimiyyətinin inzibati binasında rayon rəhbəri ilə görüş keçirilib, rayonda istilik təchizatının vəziyyəti müzakirə edilib.

YAP rayon təşkilatının inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər