Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının 6.9. bəndinə uyğun olaraq dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi mövzusunda
Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin, rayonun hüquq mühafizə orqanlarının, Rayon Təhsil Sektorunun və rayonun xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə korrupsiya və rüşvət kimi neqativ hallara qarşı mübarizə, həyata keçirilən profilaktik tədbirlər mövzusunda geniş tərkibli müşavirə keçirilmişdir. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildiyini bildirmişdir. Həmçinin Milli Fəaliyyət Planının 6.9. bəndinə uyğun olaraq rayonda kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviq edilməsi barədə tədbir iştirakçılarına maarifləndirici məlumatlar verilmişdir.