Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının 10.8.7. bəndinə uyğun olaraq Tərtər rayonunda fermerlərin iştirakı ilə seminar keçirilmişdir

04 sentyabr 2024 | 10:35

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının 10.8.7. bəndində bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi tapşırılmışdır.

Sərəncamın yuxarıda qeyd edilmiş bəndinin icrası ilə bağlı 2024-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə edilməsi təşviq edilməsi üzrə seminar keçirilmişdir.

Tərtər rayonunun fermerlərinində iştirak etdiyi seminarda fermerləri bitki mühafizəsi üzrə dərman vasitələri və  aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə edilməsi barədə məlumatlar verilmiş və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitunun nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə əkin sahələrinə yerində baxış keçirərək müəyyən tapşırıq və tövsiyələrini veriblər.

Keçidlər