Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanının 7.1.36. bəndinə əsasən Tərtərdə Gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanının 7.1.36. bəndində Gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə tədbirlərin görülməsi tapşırılmışdır. Fərmanın müvafiq bəndinə uyğun olaraq Tərtər Gənclər mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tərtər nümayəndəliyi və Tərtər Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə Gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Tərtər rayon şöbəsinin, KOBİA-nın Tərtər nümayəndəliyinin, İqtisadiyyat Nazirliyinin Qarabağ regional filialının nümayəndələri də olmaqla və rayonun gənc sahibkarları iştirak etmişdir.
Dəyirmi masa ətrafında Gənc sahibkarların və startapçıların inkişafı müvafiq sahədə onların bilik və bacarıqlarının formalaşdırılması üçün müvafiq maarifləndirici məlumatlar verilmişdir.