Azərbaycan Respublikası Prezidentinin 3406 nömrəli, 27 noyabr 2017-ci il tarixli Sərəncamının Tədbirlər Planının 8.4.3-cü bəndinin icrası ilə əlaqədar Tərtər rayonunda yerli və xarici investisiyaların Barama istehsalı və emalına cəlb edilməsi məqsədilə tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə tərəfindən barama istehsalının artırılması, emalı, yerli və xarici investorların cəlb olunması, bu sahədə fəaliyyət göstərən kümçülərin dəstəklənməsi və istehsal prosesinin səmərəli təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir. Belə ki, rayon ərazisində baramaçılığın inkişaf etdirilməsi məqsədilə kənd inzibati ərazi dairələri üzrə mövcud potensialın araşdırılması, kümçülüklə məşğul olan və bu sahəyə maraq göstərən vətəndaşlarla görüşlərin keçirilməsinin vacibliyi vurğulanmış və keçirilmiş görüşlər zamanı baramaçılığın inkişafı istiqamətində dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə ətraflı məlumatların verilməsinin əhalinin bu sahəyə marağının artırılmasına güclü təsir göstərdiyi qeyd edilmişdir.
Eyni zamanda keçirilmiş tədbirdə barama istehsalının təşkili üçün kümçülərə lazımi metodik tövsiyələr verilmiş, mövcud tut bağlarının vəziyyəti araşdırılmış, yeni tut tinglərinin əkilməsi istiqamətində tədbirlər görülməklə baramaçılıq mövsümündə kümçülərin fəaliyyətinin koordinasiyası təmin edilmiş, istehsal olunmuş məhsulun qəbulunun təşkili və emal müəssisələrinə təhvil verilməsi istiqamətində aidiyyəti qurumlarla birgə iş aparılmışdır.
Görülmüş tədbirlər nəticəsində rayon ərazisində barama istehsalının təşkili və bu sahədə fəaliyyət göstərən kümçülərin dəstəklənməsi istiqamətində müvafiq işlər həyata keçirilmiş, baramaçılığın inkişafı və kənd əhalisinin məşğulluğunun artırılması istiqamətində müsbət nəticələr əldə olunmuşdur






