Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanının 8-ci bəndinə uyğun olaraq Tərtər rayonunda fəaliyyət göstərən fermerlərlə subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil etmələri mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və inzibati inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin iştirakı ilə keçirilmiş tədbirdə fermlərə müvafiq sistem vasitəsilə 6 subsidiya növünü 6 subsidiya növünü ala biləcəkləri bildirilmişdir.
Həmçinin tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası artıq qüvvədə olduğu və bu qaydanın fermerlərə dövlət dəstəyi olaraq tətbiq edilən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının EKTİS üzərindən verilməsini nəzərdə tutduğu fermerlərin nəzərinə çatıdırılmışdır.
Əlavə olaraq tədbirdə fermerlərin “Subsidiya” informasiya sistemində (eagro.az) Elektron şəxsi kabinetində subsidiya üçün müraciət dolduran zaman qarşıladıqları çətinliklərə dair sualları cavablandırılmışdır.






