Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ədəbi dilinin düzgün tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib

20 dekabr 2024 | 14:13

Tərtər rayonunda dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiqi mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, media təmsilçiləri, Tərtər Peşə məktəbinin kollektivi və müxtəlif qurumların əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev açıb. O,dövlət idarəçiliyində və ictimai informasiya mühitində Azərbaycan ədəbi dilinin normalarına riayət olunmasının vacibliyindən danışıb. Qeyd olunub ki, rəsmi sənədlərin hazırlanmasında, kütləvi informasiya vasitələrində yayımlanan materiallarda və ictimai çıxışlarda dil qaydalarına əməl olunması cəmiyyətin dil mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

Daha sonra çıxış edən “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova          mediada dilin saflığının qorunmasının əhəmiyyətindən bəhs edib, jurnalistlərin və informasiya sahəsində çalışanların ədəbi dil normalarına xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb.

Tədbirdə həmçinin Tərtər Peşə məktəbinin direktoru Əli Babayev,müəllimlərdən Aqşin İsmayılov,Knyaz Kərimov,Esmira Teymurzadə,Avtandil Muradov , Aygün Muradova və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşərək dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər