Azərbaycan Bayrağı Ordenli şəhid Aslan Hüseynovun övladına kiçik toy mərasimi keçirilib
Noyabırın 12-də 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan, rayonun Qaradağlı kəndində doğulub boya-başa çatmış Azərbaycan Bayrağı Ordenli şəhid Hüseynov Aslan Malik oğlunun övladına kiçik toy mərasimi keçirilib.
Kiçik toy mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Vətən Müharibəsi qaziləri, veteranları, şəhidin silahdaşları və sakinlər iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhid övladına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur.
Sonra rayon rəhbəri tərəfindən şəhidin övladına hədiyyə təqdim olunub.