Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatlarında şəhid olan həmyerlimiz Kənan Ağayevin 40 mərasimi keçirilib

30 oktyabr 2023 | 16:36

Tərtər Rayon İcra Hakimiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşları sentyabr ayının 19-da lokal antiterror əməliyyatlarında şəhid olmuş əslən Tərtər rayonunun Çardaqlı kəndindən olan 2002-ci il təvəllüdlü müddətdən artıq hərbi xidmət edən  hərbi qulluqçu Ağayev Kənan Vahid oğlunun Oğuz rayonunda təşkil olunan 40 mərasimində iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət edilib, xatirəsinə hörmət və ehtiram əlaməti olaraq məzarı önünə gül dəstələri qoyulub, şəhidlərin ruhuna dua oxunub.

Sonra şəhidin 40 mərasimində şəhidin aliəsinə başsağlığı verilib, ona Ulu Tanrıdan rəhmət dilənib, Vətən uğrunda canından keçməyi bacaran Kənan kimi  vətənpərvər oğul böyütdükləri üçün onlara minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub sentyabrın 19-da antiterror əməliyyatlarında Azərbaycan Ordusu cəmisi 23 saat 43 dəqiqə ərzidə düşməni təslim olmağa məcbur etdi, işğal altında olan torpaqlarımız terrorçulardan tamamilə təmizləndi və hakimiyyətinin 20-ci ildönümündə-oktyabrın 15-də  Ali Baş Komandan  cənab İlham Əliyev Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmaqla verdiyi sözə əməl etdi.

Bu tarixi Zəfəri bizə yaşadan isə şəhid və qazilərmiz, Azərbaycan Ordusu oldu. Eldən gedən şəhid oğullarımıza Allah rəhmət eləsin, qazilərimiz tezliklə öz sağlamlıqlarına qovuşsunlar! Xalqımız tarix yazan  Ali Baş Komandanımız cənab İlham Əliyevlə  və onun hakimiyyəti dövründə yetişib, Qarabağı görməmələrinə baxmayaraq Qarabağı işğaldan azad edən gənclərimizlə fəxr edir.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər