Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdərə Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin işçiləri Tərtərdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

05 iyun 2026 | 10:49

İyunun 5-də Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Ağdərə Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin kollektivi Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin ucalan abidəsini ziyarət ediblər. Ziyarət zamanı dahi rəhbərin abidəsi önünə tər gül-çiçək dəstələri düzülərək, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub.

Ziyarətdən sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ağdərə rayonunun su təsərrüfatı işçiləri ilə görüşərək onları peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib. Rayon rəhbəri Ağdərə rayonunda su təminatının bərpası, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması istiqamətində fədakar əmək göstərən işçilərə fəaliyyətlərində və dövlətimizin qarşıya qoyduğu məsuliyyətli tapşırıqların icrasında uğurlar arzulayıb.

Görüşdə vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş su təsərrüfatının inkişafı və modernləşdirilməsi strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdərə rayonunda genişmiqyaslı layihələrlə uğurla davam etdirilir.

Keçidlər