Şriftin ölçüsü :

Saytın rəngi :

“Pambığın mütərəqqi becərmə texnologiyası” mövzusunda maarifləndirici təlim keçirilmişdir.

25 fevral 2019 | 16:00

Fevralın 25-də Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Dövlət Aqrar Universiteti, Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə fermerlərə və tədarük məntəqələrinin nümayəndələrinə “Pambığın mütərəqqi becərmə texnologiyası” mövzusunda maarifləndirici təlim keçirilmişdir.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Musayev açaraq tədbir iştirakçılarını salamlamış və tədbirin əhəmiyyətindən danışmışdır.

Sonra Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru a.e.f.d. Mehman Babayev Tərtər rayonunda kənd təsərrüfatının inkişafından danışmış, 2018-ci ildə kənd təsərrüfatının bütün sahələrində görülən işlər haqqında ətraflı məlumat vermişdir.

Daha sonra pambığın mütərəqqi becərilməsi texnologiyasına dair mövzuda ADAU-nun professoru a.e.e.d Nizami Seyidəliyev çıxış etmişdir. O, pambığın səpinindən başlanmış məhsulun yığımına qədər dövrdə görüləcək bütün aqrotexniki tədbirlərə dair fermerlərə elmin ən son nailiyyətləri barədə məlumat vermişdir.

A.e.f.d dosent Elxan Allahverdiyev Pambıq sahəsindən yüksək məhsul əldə edilməsində növbəli əkinin əhəmiyyəti, ADAU baş müəllimi Ramiz Əsgərov  isə pambığın becərilməsində ən zəruri tədbirlərdən olan xəstəlik və zərərvericilərə qarşı mübarizə üsullarına aid geniş məruzə ilə çıxış etmişlər.

Sonda alimlər tərəfindən fermerlərin sualları ətraflı cavablandırılmışdır.
 

Keçidlər