Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Fondunun dəstəyi iləTərtər rayonunda İKT-nin təhsilə tətbiqi mövzusunda tədbir keçirilib

21 fevral 2019 | 16:00

Fevralın 21-də Tərtər şəhər 6 saylı tam orta məktəbdə Azəraycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və İnnovativ Gənclər ictimai birliyinin təşkilatçıılığı ilə “İnformasiya Kommunikasiya texnologiyaları və Təhsil” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İnnovativ Gənclər ictimai birliyinin sədri Raul Əhmədov ölkədə uğurla davam etdirilən gənclər siyasətindən bəhs etmiş və Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən uğurlu layihələr çərçivəsində istedadlı gənclər üzə çıxarılaraq ölkənin ictimai siyasi həyatında onların fəal iştirakına böyük əhəmiyyət verildiyini  vurğulamışdır.  Tədbirdə fəxri qonaq qismində iştirak edən Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, şəhər 6 saylı tam orta məktəbin direktoru Azad  Abbasov və həmin məktəbin direktor müavini Günay Cəfərova tədbir iştirakçılarına  uğurlar arzlamışlar. Tədbir dialoq və müzakirə şəraitində keçirilmiş, iştirakçılar arasında yaradılan “ZƏKA” qrupları İKT-nin təhsilə tətbiqi məqsədi ilə tədris prosesində istifadə olunacaq müxtəlif internet resurslarından istifadə bacarıqlarına yiyələnmiş və müxtəlif  dərsliklərdən bəhrələnmişlər. Tədbirin sonunda Fəal iştirakçılar diplom və hədiyyələrlə təltif edilmişdir

Keçidlər