Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı-əsrin faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

21 fevral 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə hazırlanmış Tədbirlər Planına uyğun olaraq Təhsil şöbəsi Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı-əsrin faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirib.

Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib. 2 akademik saat vaxt ayrılmış müsabiqədə 34 ümumtəhsil məktəbindən 40 şagird iştirak edib.

Tədbirdə əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəti Başçı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərk şagirdlərə Xocalı soyqırımı qurbanları haqqında məlumat verdi. Bildirdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Hadisələrin gərginləşdiyi zaman, 4 aydan artıq mühasirədə qaldığı üçün 4000 insan tədricən şəhəri  tərk etmişdir. Xocalı soyqırımında 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca güllələndi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Sonda E.Umudov müsabiqə iştirakçılarına uğurlar dilədi.

Şagirdlərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verildikdən sonra inşa yazı müsabiqəsinə başlanıldı.

Müsabiqənin qalibləri müəyyən olunduqdan sonura Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər