Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçlərimizin cəmiyyətimizə tanıdılması mövzusunda tədbir keçirlildi

20 fevral 2019 | 16:00

Fevralın 19-da Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Tərtər Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçlərimizin cəmiyyətimizə tanıdılması mövzusunda tədbir keçirilib.

Tərtər şəhər 6 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərlə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşı kapitan Ramin Qaraye, Qarabağ müharibəsi iştirakçıları, əlilləri, veteranları, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyətinin nümayəndəsi Elvin Umudov çıxışçıları görüş iştirakçılarına təqdim etdikdən sonra keçirilən tədbirin əhəmiyyətindən və bu kimi görüşlərin gənclərin vətənpərvərlik tətbiyəsi istiqamətində maariflənməsində mühüm rol oynadığını vurğuladı, çıxış üçün sözü “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənliyə verdi.

E.Həsənli layihə haqqında geniş məlumat verdi. Bildirdi ki, Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hərbçilərimizin gənclər arasında təbliğ olunması və gənclərimizdə vətənpərvərlik ruhunun artırılmasıdır.

Çıxış edən digər natiqlər də keçirilən layihənin əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hərbçilərimizin gənclər arasında təbliğ olunmasının vacibliyindən söz açdılar.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı bukletlər paylandı.

Keçidlər