Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibətilə tədbir keçirildi

13 fevral 2019 | 16:00

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını 13 fevral Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə təbrik etdi və onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi.

Rayon rəhbəri ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini qeyd etdi. Bildirdi ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, orduda fərarilik halları aradan qaldırılıb. Azərbaycanda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli hərbi xidmətə çağrılmasının təşkili sahəsində uğurlar əldə olunub.

Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev xidmətin 7 il ərzində keçdiyi şərəfli yoldan danışdı. Bildirdi ki, 7 il ərzində qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, cəmiyyətin gözləntilərini doğrultmuşdur.

Tədbirdə Tərtər özünümüdafiə bataliyinunun keçmiş qərərgah rəisi Pənah Məmmədov, şəhid atası Bəhruz İsgəndərov və başqaları çıxış edərək öz ürək sözlərini bildirdilər.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibəti ilə xidmətdə fərqlənən bir qrup şəxs Tərtər Rayon İcra Hakimiyyəti və Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyələrlə təltif olundu.

 

Keçidlər