Şriftin ölçüsü :

Saytın rəngi :

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Tərtərdə növbəti tədbir keçirilib

23 yanvar 2019 | 16:00

Yanvarın 23-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı gənclərin təlim-tərbiyəsində zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərdən bəhrələnməyi diqqətdə saxlamaq, İslam dəyərləri ilə adət-ənənələrimizin imkanları vasitəsilə vətənpərvərlik tərbiyəsinin daha ətraflı təşkilində, azərbaycançılıq ideyasının təşviqində və Azərbaycan xalqının qədim dövrlərdən bugünədək multikultural şəraitdə yaşamasının, tolerant dəyərlərin qorunub saxlanmasının təmin olunmasında İslam dininin əsas prinsiplərindən danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 

Keçidlər