Şriftin ölçüsü :

Saytın rəngi :

Bəyimsarov kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi

23 yanvar 2019 | 16:00

Bəyimsarov kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

Yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, kənd icra nümayəndəliyinin işçiləri, bələdiyyə üzvləri, aidiyyəti idarə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, Bəyimsarov kənd İƏD 2884 nəfər əhalinin yaşadığı 2929 hektar ərazini əhatə edir. Ərazidə 576 fərdi yaşayış evi, 1 tam orta məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 mədəniyyət evi, 1 klub, 1 kitabxana, ümumilikdə, 39 sosial obyekt fəaliyyət göstərir.

Qeyd olundu ki, ötən illərdə olduğu kimi, 2018-ci ildə də Bəyimsarov kəndində kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmışdır. 2018-ci ildə 210 hektarda buğda, 490 hektarda arpa, 350 hektarda pambıq, 8 hektarda şəkər çuğunduru, 82 hektarda kartof, 30 hektarda qarğıdalı, 70 hektarda tərəvəz, 270 hektarda yonca əkilmişdir. 840 ton buğda, 1778 ton arpa, 987 ton pambıq, 100 ton şəkər çuğunduru, 897 ton kartof, 1560 ton qarğıdalı, 89 ton tərəvəz istehsal edilmişdir. Hər hektardan 40 sentner buğda, 36,3 sentner arpa, 28 sentner pambıq, 109,50 sentner kartof, 52 sentner qarğıdalı, 128,10 sentner tərəvəz əldə olunmuşdur.

Kənd sakini, fermer Fazil Vəliyev 2018-ci təsərrüfat ilində yüksək nəticələr əldə etmişdir. Pambığın hər hektarından 5 tondan yuxarı məhsul götürmüşdür. Ölkə rəhbəri cənab İlham Əliyevin Sərəncamı ilə fermer birinci dərəcəli “Əmək” Ordeni ilə təltif olunmuşdur. Bu təltif tək Bəyimsarov kənd zəhmətkeşlərinin deyil, bütövlükdə rayonumuzun əməkçilərinə verilən qiymətdir.

Hesabat ilində dövlət tərəfindən fermerlərə payız və yaz əkinlərinə görə hər hektara 50 manat olmaqla 72902,40 manat subsidiya ödənilmişdir. 

İcra nümayəndəsi heyvandarlığın inkişafı sahəsində də nəzərə çarpacaq irəlləyiş əldə edildiyini bildirdi. Qeyd olundu ki, 2017-ci il ilə müqayisədə 2018-ci ildə mal-qaranın baş sayı 32 baş artaraq 1332 başa, qoyun və keçilərin sayı 110 baş artaraq 2556 başa, quşların sayı 240 baş artaraq 10575 başa çatmışdır.

Məruzəçi ötən il nümayəndəliyə vətəndaşlar tərəfindən 40 yazılı müraciət olunduğunu, bütün vətəndaş müraciətlərinin qanunmüvafiq şəkildə həll edildiyini də vurğuladı, Nümayəndəlik ərazisində yaşayan 14 şəhid ailəsinin və 4 Qarabağ müharibəsi əlilinin problemlərinin həll edilməsi, əhalinin ən çox ehtiyacı olan hissəsinin sosial müdafiəsinin təşkili məsələlərinin də daimi diqqət mərkəzində saxlandığını qeyd etdi, cari ildədə qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvələri ilə işləyəcəklərini bildirdi.

Sonra məruzə ətrafında Bəyimsarov bələdiyyəsinin sədri  Aqil Şərifov, Bəyimsarov kənd tam orta məktəbinin direktoru Elşən İsayev, birinci dərəcəli “Əmək” Ordenli fermer Fazil Vəliyev çıxış etdilər.

Yığıncaqda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqində qarşıda duran vəzifələrdən, ötən il görülən işlərdən söhbət açdı, cari ilin də tərtərlilər üçün uğur gətirəcəyini qeyd etdi. Ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.

Keçidlər