Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

16 yanvar 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Təhsil şöbəsi Gənclər və İdman idarəsi ilə birlikdə  rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirib. Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə Uşaq Gənclər Şahmat məktəbində keçirilib. 2 akademik saat vaxt ayrılan yekun turda 34 tam orta məktəbdən 48 şagird iştirak edib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərk bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sonura Gənclər və İdman İdarəsinin əməkdaşı Nəriman Nərimanzadə, Təhsil şöbəsinin əməkdaşı İntiqam Nuriyev məktəbliləri salamlayıb, müsabiqənin şərtləri haqqında şagirdlərə ətraflı məlumat verdilər. Qeyd olundu ki, müsabiqənin qalibləri müəyyən olunduqdan sonura rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər