Şriftin ölçüsü :

Saytın rəngi :

Monitorinq insidentsiz başa çatıb

15 yanvar 2019 | 16:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster birifinq keçiriblər.

Birifinqdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verib. Bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.

Monitorinq insidentsiz başa çatıb.

Keçidlər