Respublikanın müxtəlif ali təhsil müəssisələrinə daxil olmuş tələbələrlə rayon icra hakimiyyəti başçısının görüşü
30 avqust 2013-cü il tarixdə Gənclər Mərkəzində respublikanın müxtəlif ali təhsil müəssisələrinə daxil olmuş tələbələrlə rayon icra hakimiyyəti başçısının görüşü keçirildi.
Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Aydın Qarayev açdı.
Tədbirdə Ələsgərli kənd tam orta məktəbin müəllimi Sevil Novruzova, şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, əməkdar müəllimlər Zümrüd Zamanova və Fazilə Kərimova çıxış etdilər.
Tədbirdə Ələsgərli kənd tam orta məktəbin məzunu Novruzlu Pərixanım, şəhər 1 saylı tam orta məktəbin məzunu Qənbərli Aytac, şəhər 2 saylı məktəb-liseyin məzunu Hüseynli Hüseyn çıxış edərək tələbə adını qazanmalarında zəhməti keçmiş hər kəsə-valideynlərinə, müəllimlərinə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov tələbə adını qazanmış məzunları təbrik etdi və onlara gələcək təhsillərində uğurlar arzuladı. Sonra 500-də yuxarı bal toplamış 30 məzun rayon icra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələrlə təltif olundu.
Sonda tələbə adını qazanmış məzunlarla rayon icra hakimiyyətinin başçısı xatirə şəkli çəkdirdi.