Şriftin ölçüsü :

Saytın rəngi :

Tanınmış türk sənətçisi Halil Başkal Tərtər rayonunda konsert proqramı ilə çıxış etmişdir

13 avqust 2013 | 15:00

12 avqust 2013-cü il tarixdə tanınmış türk sənətçisi Halil Başkal Tərtər rayonunda olmuşdur. Sənətçi əvvəlcə hərbi hissədə olmuş, orada qulluq edən əsgər və zabit heyəti ilə görüşmüşdür.

Sonra Heydər Əliyev adına parkda rayon ictimaiyyəti üçün konsert proqramı təşkil edilmişdir. Konsert proqramında Halil Başkal ilə birgə respublikamızın tanınmış sənətçisi Elza Seyidcahan da çıxış etmişdir.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak etmişdir.

Tanınmış türk sənətçisi Halil Başkal Tərtər şəhərində nümunəvi konsert təşkil etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən “Tərtərin fəxri vətəndaşı” adı və “Fəxri Fərman”la təltif olunmuşdur.

Keçidlər