Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə IX “Fənlərin Dostluğu Olimpiadası”nın yekun mərhələsi keçirildi

15 dekabr 2018 | 16:00

Tərtər şəhərində yerləşən Qarabağ Regional Bilik Evində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Odlar Yurdu Universiteti, Hədəf STEM Liseyinin birgə təşkilatçılığı və Tərtər rayon İcra Hakimiyyətinin dəstəyi ilə IX “Fənlərin Dostluğu Olimpiadası”nın yekun mərhələsi keçirildi.

Yekun mərhələdə rayon üzrə Olimpiadada iştirak etmək üçün qeydiyyatdan keçmiş 81 nəfər məktəbli iştirak etdi.

Əvvəlcə məktəblilərə Olimpiada haqqında ətraflı məlumat verildi. Bildirildi ki,  olimpiadanın məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

Qaliblər müəyyənləşdikdən sonra qalib şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
 

Keçidlər