Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər

12 dekabr 2018 | 16:00

Tərtərlilər böyük hüznlə Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin xatirəsini yad etdilər. Minlərlə rayon sakini Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq ona rəhmət dilədi.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Əvvəlcə tədbir iştirakıçıları mərkəzdə dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoydular, onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotosentlərlə tanış oldular.

“Dəyirmi masa” arxasında keçirilən tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Umummilli liderin həyat və fəaliyyəti ilə bağlı çıxış edərək bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on beş il keçir. Əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.

Rayon rəhbəri qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca  mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır. Yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir. O, fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı. Heydər Əliyev zəngin və çoxəsrlik  Azərbaycan tarixində  dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri  baxımından ölkəsinin hüdudlarını aşır, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi. Heydər Əliyev həm də zəmanəsinin böyük mütəfəkkiri və filosofu olaraq Azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir. Ulu öndərin hakimiyyəti dövrlərində qazandığı uğurları biz rayonumuzun timsalında da gördük. Məhz ulu öndərin birinci hakimiyyəti illərində Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salındı. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verildi.

Ümummilli lider dəfələrlə Tərtərdə olmuş, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak etmiş, Sərsəng su anbarının tikintisi ilə maraqlanmış, bartoplama aylığı ilə əlaqədar rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirmişdir.

M.Məmmədov Ulu öndərin layiqli davamçısı cənab prezidentimiz  İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi  istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışdı.

Tədbirin sonunda Umummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
 

 

Keçidlər