Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı geniş tərkibli müşavirə keçirilmişdir

29 noyabr 2018 | 16:00

Noyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhər “Gənclər Mərkəzi”ndə Tərtər rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı geniş tərkibli müşavirə keçirilmişdir.

Müşavirədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiəyə cavabdeh şəxsləri və qərargah rəisləri iştirak etmişlər.

Müşavirənin keçirilməsində məqsəd Regional Mərkəzin əhatə etdiyi rayonların ərazilərində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, mülki müdafiənin planlaşdırlması, əhalinin baş verə biləcək fövqəladə hallara hazırlanması işinə diqqətin artırılması olmuşdur.

Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov, Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə İş şöbəsinin baş məsləhətçisi İlqar Musayev çıxışlarında Regional Mərkəzin xidməti ərazilərində fəaliyyət göstərən rayon İcra Hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin birgə “Qarşılıqlı fəaliyyət planı” haqqında söhbət açmış, rayonda mülki müdafiə sahəsindəki mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq, fövqəladə hadisələrdən mühafizəyə dair bütün rayon əhalisinin maarifləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirildiyini bildirmişlər.

Müşavirələrdə mövcud çatışmazlıqlar barədə fikirlər bölüşdürülmüş, gələcək fəaliyyətdə onların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilmişdir. 

 

Keçidlər