Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar

14 noyabr 2018 | 16:00

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Tərtər rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarını daha yaxından tanıyacaqlar. 

Tur-aksiyada iştirak edəcək şagirdlər Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Məktəblilərlə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən və dövlət başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyayanın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.

Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə ətraflı məlumat verərək, məktəblilərə getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı, aksiya zamanı keçiriləcək intellektual oyunlarda fəal iştirak etməyi tövsiyə edib və mənalı istirahət arzulayıb.

M.Məmmədov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan, gənclərin vətənpərvərlik tərbiyəsindən də bəhs edib, 2016-cı ilin aprel döyüşlərində ordumuzun uğurları, “Böyük qayıdış”ın ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə söhbət açıb.

Tərtər məktəblilərinin yolasalma mərasimi rayonun mərkəzi meydanında keçirilib. Rayon rəhbərliyi, təhsil işçiləri və valideynlər tur-aksiya iştirakçılarına tövsiyələr verib, səfərlərinin mənalı və maraqlı olmasını arzulayıblar.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın Şimal bölgəsinə yola düşüblər.

 

Keçidlər