Şriftin ölçüsü :

Saytın rəngi :

Ələsgərli kəndində səyyar-qəbul görüş

02 noyabr 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Ələsgərli kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Ələsgərli kənd İƏD üzrə nümayəndə Kamran Əhmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Məhəmməd Şirinov 1982-ci ildə qazılmış subartezian quyusunun balansa götürülməsi, Şahin Əsədov kənd məktəbi üçün əlavə sinif otaqlarının və idman zalının tikilməsi, Svetlana Məmmədova yaşadığı evin dam örtüyünün təmirinə köməklik edilməsi, Sədaqət Şirinova Ələsgərli kəndində uşaq bağçasının açılması və digər şəxsi məsələlər barədə müraciətlər  etdilər.

Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər