Tərtər rayonunda Azərbaycan Polisinin yaranmasının 95-ci ildönümü qeyd edilmişdir
2 iyul 2013-cü il tarixdə Tərtər rayonunda 2 iyul-Azərbaycan Polisinin yaranmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəllcə Mərkəzi meydana toplaşaraq müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummili lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Bayram tədbiri rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə rayon Polis şöbəsinin rəisi Rauf Mecdunov açmış və şəxsi heyəti Azərbaycan Polisi günü münasibətilə təbrik etmişdir.
Tədbirdə rayon Prokuroru Azər Hətəmov, MTN-nin rayon şöbəsinin rəisi Raqub Məmmədov, rayon Məhkəməsinin sədri Hüseyn Mirzəliyev, Hərbi Prokuror Fuad Məmədov, Polis veteranları şurasının sədri Vidadi Məmmədzadə, polis veteranı Nərimanov Sadıqov çıxış etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, rayonda ictimai asayişin qorunmasında nümunəvi xidmət göstərən 5 nəfər polis işçisini rayon icra hakimiyyətinin Fəxri Fərmanları ilə təltif etmişdir.
Sonda Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubovun rayon Polis şöbəsinin şəxsi heyətinə təbrik məktubu oxunmuşdur.
Asayişin qorunmasında fəqlənən bir qrup polis işçisinə qiymətli hədiyyələr və pul mükafatları təqdim edilmişdir.