Tərtərdə intellektual oyunlar üzrə ənənəvi “lX Çağırış Kuboku”nun seçim turu mərhələsi keçirildi
“Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Tərtər şəhərində yerləşən Şahmat məktəbində intellektual oyunlar üzrə ənənəvi “lX Çağırış Kuboku”nun Tərtər rayonu üzrə seçim turu mərhələsini keçirdi.
Yarışa ümumilikdə 7 komanda və hər komandada 6 nəfər olmaqla 42 nəfər qatıldı. Yarış başlamazdan əvvəl qaydalar iştirakçılara izah edildi. Yarışın yekun nəticələrinə əsasən şəhər 6 nömrəli tam orta məktəbin komandası l yeri, Qaradağlı kənd tam orta məktəbin komandası ll yeri, şəhər 5 nömrəli tam orta məktəbin komandası isə lll yeri tutdu. l yerin qalibi olan şəhər 6 nömrəli tam orta məktəbin komandası oktyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan "lX Çağırış Kuboku"nun final mərhələsinə vəsiqə qazandı.