Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu cənab Zeki Öztürk tanışlıq məqsədilə Tərtər rayonuna səfər etdi

10 oktyabr 2018 | 16:00

Türkiyə Respublikasının Gəncə şəhərindəki Konsulluğuna yeni təyin olunmuş  Baş Konsul cənab Zeki Öztürk  tanışlıq məqsədilə Tərtər rayonuna səfər etdi.

Səfər çərçivəsində qonaq Tərtər rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri konsula rayon haqqında məlumat verməzdən öncə Ulu Öndərin “Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olması” fikrini dilə gətirdi.

Sonra rayon rəhbəri bildirdi ki, düşmənlə 48 km təmas xətti olan Tərtər rayonu günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. Yaşıllıq zolaqları salınır, yollar çəkilir. Cəbhə bölgəsində yerləşən rayonumuza daim dövlət tərəfindən diqqət və qayğı göstərilir.

Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə etdi.

Konsul Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxdı. Görüş səmimi və yaddaqalan oldu.

Keçidlər