Tərtər rayonunda növbəti əmək yarmarkası keçirildi
Tərtər Rayon Məşğulluq Mərkəzi tərəfindən rayonda İşaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə növbəti “Əmək Yarmarkası” keçirildi.
Tədbir iştirakçılarına Tərtər rayonunda gedən sosial-iqtisadi inkişaf, sahibkarlara göstərilən dövlət qayğısı , əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verildi.
”Əmək Yarmarkası”na rayonda fəaliyyət göstərən 29 idarə, müəssisə və təşkilatdan 165 vakant iş yeri təqdim olundu ki, bunlardan da 77-si fəhlə, 88-i qulluqçu kateqoriyasına daxil olan iş yerləridir. Yarmarkada 200-dən artıq işaxtaran vətəndaş iştirak edib, onların 54 nəfəri öz istəyinə və ixtisasına uyğun işə ğöndəriş almışdır.