Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi ilə əlaqədar Səbail İcra Hakimiyyətinin başçısı Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgərlərlə görüş keçirmişdir.
25 iyun 2013 –cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi ilə əlaqədar Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N”saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirmişlər.
Qonaqlar əvvəlcə hərbi hissə komandanlığı ilə birlikdə səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, onlarla söhbətlər aparmış, gətirdikləri hədiyyələri çatdırmışlar.
Hərbi hissədəki görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışlar.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandiri polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, keçirilən belə görüşlərin hərbiçilərdə böyük ruh yuksəkliyi yaratdığını xüsusi vurğulamışdır.
Hərbi hissənin xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra əməliyyat səhnələri nümayiş etdirilmişdir.
Görüşdə «Kristal» qrupu, Ceyhun Zeynalov, Xalq Ulduzu müsabiqəsinin iştirakçısı Elay Xasıyev, Ə.Dadaşov adına «Xatirə» xalq çalğı alətləri ansamblının üzvləri konsert proqramı ilə çıxış etmişlər.
Konsertdən sonra sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.