Şriftin ölçüsü :

Saytın rəngi :

Düyərli kəndində növbəti səyyar-qəbul görüş keçirildi

28 sentyabr 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Düyərli kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı Köçəri Əliyev kəndin sosial-iqtisadi inkişafından, sakinlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb, kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirib. Sonra sakinlərdən İldırım Əliyev həyətyanı, Nazim Quliyev pay torpağının zəbt olunması, Zəka Səfərov isə işlə bağlı müraciət ediblər.

Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər