Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vakant yerlərə qəbul edilmiş gənc müəllimlərlə görüşdü

13 sentyabr 2018 | 16:00

Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi. 

Görüşü giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açaraq işə yeni qəbul edilmiş müəllimləri təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsi sahəsində işlərində uğurlar dilədi.

S.Mirzəyev bildirdi ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 43 nəfər müəllim qəbul edilib. Yeni işə qəbul edilmiş müəllimlərin 33-ü qadın, 10-u isə kişidir.

Rayon təhsil şöbəsinin müdiri S.Mirzəyev vakant yerləri qazanmış gənc müəllimləri təqdim etdi.

Rayon rəhbəri yeni işə qəbul edilmiş gənc müəllimlərin hər birini ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlandı, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğını dilə gətirdi.

Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşdülər.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı M.Məmmədov yeni işə qəbul edilmiş müəllimləri bu münasibətlə təbrik edərək, onlara uğurlar dilədi, Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamını bir daha xatırlatdı.

Keçidlər