Şriftin ölçüsü :

Saytın rəngi :

Tanınmış türk sənətçisi Mustafa Yıldızdoğan Tərtər şəhərində konsert proqramı ilə çıxış etmişdir

22 iyun 2013 | 15:00

21 iyun 2013-cü il tarixdə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin və Gövhər Qrupun dəvəti ilə Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğan Ümummilli Lider Heydər Əliyevin 90 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış və Xalq Cümhuriyyətinin ilk xarici müqaviləsi olaraq tarixə keçmiş “Tarixi anlaşma”nın imzalanmasının 95 illiyi kimi əlamətdar yubileylər münasibəti ilə ön cəbhədə qulluq edən əsgər və zabitlərlə görüşmüş, sonra isə Tərtər şəhərində rayon ictimaiyyəti, qaçqınlar, məcburi köçkünlər və şəhid ailələri üçün "Qarabağdan Anadoluya könül körpüsü" adlı konsert proqramı ilə çıxış etmişdir.

Konsertdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Sahib Alıyev və Azərbaycan Respublikasının əməkdar artisti, bəstəkar Gövhər Həsənzadə də iştirak etmişlər.

Konsert proqramı saat 22:00-dək davam etmişdir.

Keçidlər