Gənclər Fondu Tərtərdə cəbhəyanı rayon və şəhərlərdə yaşayan gənclərlə görüş keçirib
27 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu Tərtər rayon Gənclər Mərkəzində cəbhəyanı rayon və şəhərlərdə yaşayan gənclərlə görüş keçirmişdir.
Görüşdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fond haqqında məlumat vermiş, və bu gün ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin cəmiyyət həyatının əsas dinamik qüvvəsi olmasından, onların vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi istiqamətində həyata keçirilən işlərdən bəhs etmişlər.
Tədbirdə region gənclərinin qayğıları və təklifləri interaktiv formatda müzakirə edilmişdir.
Səfər çərçivəsində, həmçinin Tərtər və Bərdə rayonlarında yerləşən AYAP (Azərbaycan Gənclərinə Dəstək Proqramı) Azerbaijan Youth Advcocacy Program ) Məşvərət Şuraları ilə tanışlıq olmuş və rayonda BMT-nin Uşaq Fondu (UNICEF) və AYAP tərəfindən təmir edilmiş 3D sinema zalında film nümayişi təşkil edilmişdir.