Tərtər rayonunda 15 iyun- Milli Qurtuluş Günü qeyd olunmuşdur
14 iyun 2013-cü il tarixdə Gənclər Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov açmış və Dövlət Himni səsləndirilmişdir.
Sonra rayon icra hakimiyyətinin başçısı məruzı ilə çıxış edərək qeyt etmişdir ki, 15 iyun-Milli Qurtuluş Günü millətimizin taleyində daim yaşayacaq bir gündür. Məhz buna görə də Heydər Əliyevin hakimiyyətə qayıdışı gününü Azərbaycan xalqı fəxr və fərəhlə bayram günü kimi qeyd edir. Ulu Öndər Heydər Əliyevin xalqımızın xilaskarı kimi rəhbərliyə qayıtması millətin inamını özünə qaytardı. Dövlətimiz, milli-mənəvi dəyərlərimiz qorundu. Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli bir mərhələsinə qədəm qoydu.
O, həmçinin, qeyd etmişdir ki, bu gün Heydər Əliyev ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davat etdirilir. Bu gün Azərbaycan bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınır.
Tədbirdə çıxış edən Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, rayon uşaq poliklinikasının həkimi Yeganə Səfərova, Qarabağ müharibəsi veteranı Nizami Heydərov, rayon Telekommunikasiya qovşağında abunə şöbəsinin rəisi Adil Hüseynov Azərbaycan xalqının keçdiyi çətin yollardan, xalqın xilaskarının inamlı qaydıdışından və bugünkü dövrdə günü-gündən çiçəklənən, dünya miqyasında tanınan və nüfuzlu yer tutan Azərbaycan Respublikasından böyük qürur və şərəf hissi ilə bəhs etmişlər.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.