Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayılbəyli kəndində növbəti səyyar-qəbul görüş oldu

06 iyul 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş İsmayılbəyli kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə İsmayılbəyli kənd İƏD üzrə nümayəndə Aslan Babayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Rəsul Səfərov, Hüseyin Mustafayev, Lətif Məmmədov, Nigar Əliyeva əsasən suvarmada yaranan çətinliklər, məktəbin əsaslı təmir olunması və digər məsələlər barədə müraciət etdilər.

Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər