Şriftin ölçüsü :

Saytın rəngi :

Təmas xəttində yerləşən Qapanlı kəndində növbəti səyyar-qəbul görüş oldu

29 iyun 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Qaraağacı bələdiyyəsinin sədri Rizvan Əzimov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı Əli Əliyev kənddə görülən işlərdən, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıdan danışaraq, göstərilən qayğıya görə cənab Prezidentə öz minnətdarlığını bildirdi və kəndə gedən yolun qalan hissəsinin də əsaslı təmir olunmasını təklif etdi. Sakinlərdən Fəridə Mustafayeva, Valeh Əzimov, Elnur Quliyev suvarma suyuna olan təlabat, Qapanlı kəndində ibtidai məktəb üçün binanın tikilməsi, su arxlarının lildən təmizlənməsi və digər məsələlər barədə müraciət etdilər.

Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri təmas xəttində yaşayan əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər