Şriftin ölçüsü :

Saytın rəngi :

Mamırlı kəndində səyyar-qəbul görüş keçirildi

22 iyun 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Mamırlı kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Mamırlı kənd İƏD üzrə nümayəndə əvəzi Şahid Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov kənddə görülən işlərdən, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıdan danışdı, kənd məktəbinin əsaslı təmir olunmasına ehtiyac olduğunu bildirdi. Sakinlərdən  Kəmalə Cəfərova arpa biçini üçün kombayına ehtiyacın olduğunu, Aynurə Mustafayeva kəndlərində internetin zəif olması, Mehman Həsənov pay torpağının əskik olması, Məzahir Sadıqov əkin sahələrinin suvarılmasında çətinliklərin olması, Vəliyəddin Əliyev işıq xətlərinin dəyişdirilməsi və digər məsələlər barədə müraciət etdilər.

Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər