Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər
23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını peşə bayramları günü münasibəti ilə təbrik edib. Bildirib ki, 23 iyun Dövlət Qulluqçularının peçə bayramı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsini nəzərə alaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Müstəqil respublikamızın hər yerində olduğu kimi neçə illərdir ki, rayonumuzda da Dövlət Qulluqçularının Peşə Bayramı təntənə ilə qeyd olunur. Bu əlamətdar tarix Dövlət qulluqçularının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
Qeyd olunub ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 235 nəfər dövlət qulluqçusu işləyir. Onlardan 24 nəfəri gənc, 59 nəfəri isə qadındır. 224 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tunarə Məmmədzadə, Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov çıxış edərək bütün dövlət qulluqçularını təbrik etmiş, möhtərəm Prezidentimizə dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sonra rayon rəhbəri tərəfindən rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.