“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi Tərtərdə
Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə tədbir keçirib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərək əsgər və zabitləri Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından salamlayaraq, bildirmişdir ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşıb, döyüşkən bir orduya çevrilib. Hazırda Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusudur.
Sonra hərbi hissə komandirinin müavini Anar Cavadov çıxış edərək bildirib ki, bu kimi tədbirlərin keçirilməsi əsgərlərin milli və hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsinə, tarix və mədəniyyətimizə hörmət ruhunda tərbiyə olunmasına böyük əhəmiyyətə malikdir.
Zabitlər Evi kollektivinin təqdim etdiyi musiqili proqram və Xalq artisti Azərinin vətənpərvərlik ruhunda səslənən ifaları tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.