Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə bayram konserti təşkil olunub

15 iyun 2018 | 16:00

İyunun 15-də axşam saatlarında Ulu Öndərin adını daşıyan parkda 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə konsert təşkil olunub.

Konsertdə rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin, uşaq-gənclər inkişaf mərkəzinin və 2007 muğam müsabiqəsinin laurantı Şəmsəddin İbrahimovun ifasında Azərbaycana, Ulu Öndərə, Vətənə aid səsləndirilən mahnılar və rəks nümunələri tamaşaçılarda xoş təsüratlar yaradıb.

Tamaşaçılar çıxışları alqışlarla qarşılayıb, konsertdən xoş əhval-ruhiyyə ilə evə dönüblər.

Tədbirdə rayon rəhbəri tərəfindən rayon Mədəniyyət Mərkəzinin, Musiqi Məktəbinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinə Fəxri Fərmanlar təqdim olunub.

 

Keçidlər