Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda 5 iyun-Meliorasiya işçilərinin peşə bayramı qeyd edilmişdir.

06 iyun 2013 | 15:00

05 iyun 2013-cü il tarixdə rayonda Meliorasiya işçilərinin peşə bayramı qeyd edilmişdir. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etmişdir.

Tədbiri giriş sözü ilə Tərtərçay Hidroqovşağı İstismarı idarəsinin rəisi Böyükkişi Cümşüdov açmışdır. Tədbirdə Suvarma Sistemləri idarəsinin rəisi Zahid İbrahimov, Subartezian Quyuları İstismarı idarəsinin rəisi Rüfət Qasımov çıxış edərək bütün meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik etmişlər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramiz Şabanov meliorasiya işçilərini təbrik edərək, onların hər birinə uzun ömür, can sağlığı və şərəfli peşələrində uğurlar arzulamışdır.

Sonda qabaqcıl meliorasiya işçilərinə Fəxri Fərmanlar təqdim edilmişdir.

Keçidlər