Tərtərdə “Sağlam gənclik və sağlam gələcək” adlı voleybol turniri keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi rayon İcra Hakimiyyəti ilə birlikdə “Region gəncləri arasında müxtəlif idman oyunları vasitəsi ilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində Tərtər şəhər 6 nömrəli tam orta məktəbdə voleybol turniri keçirmişdir.
Tədbiri giriş sözü ilə açan “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və bölgələrdə uğurla keçirilmiş tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə iştirak edən Tərtər rayon Uşaq-Gənclər, İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev gənclərə uğurlar arzulayaraq möhtərəm Prezident cənab İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Turnir 6 nəfərlik 5 komadanın ( Uğur, Liberal, Lider və Zirvə) iştirakı ilə gərgin mübarizə şəraitində keçmiş və sonda Lider komandası birinciliyə layiq görülmüşdür. “Lider” komandasının üzvləri kubok, hədiyyə və sertifikatlarla təltif olunmşdur.
Layihə çərçivəsində müxtəlif idman oyunları üzrə keçirilən yarışların əsas məqsədi gənclərin mənəvi əxlaqi tərbiyyəsinə və fiziki sağlamlıqlarının inkişafına xidmət edən idman növlərinə marağın artırılması, eləcədə region gəncləri arasında vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdan ibarətdir.